Krım zooparkında cırtdan donuzlar məhv edildi, səbəbi...

15 Noyabr 2019 21:11 (UTC+04:00)

Krım yarımadasında zooparkların birində 20-dən çox cırtdan donuz məhv edilib.

Hadisə baytarların şikayətindən sonra baş verib.

Qeyd olunur ki, baytarlar bir neçə dəfə həmin donuzların açıq sahədə olmalarının və müştərilərin onlarla sıx təmasının təhlükəsi barədə xəbərdarlıq edib.

Həmin donuzların quduzluğa qarşı peyvənd edilmədikləri iddia olunub.

Bundan başqa, zoopark müştərilərə həmin donuzları yemləməyə imkan yaratdığı üçün cərimələnib.(trend.az)

AzNews.az