Gəncədə oğul atasını öldürdü

15 Noyabr 2019 22:27 (UTC+04:00)

Gəncə şəhərində oğul atasını qətlə yetirib.

Hadisə Kəpəz rayonunda qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yüsif Mübariz oğlu Dadaşov sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.(report.az)

AzNews.az