Bakıda 25 yaşlı gənci küçədə bıçaqladılar

15 Noyabr 2019 22:52 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Kərimov Hacı Müzəffər oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.(trend.az)

AzNews.az