Gəncədə daha bir dəhşət: ər arvadını öldürdü

15 Noyabr 2019 23:17 (UTC+04:00)

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

X X X

Gəncə şəhərində qadın əri tərəfindən öldürülüb.

Hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Nuranə Quliyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az