Ermənistanda keçmiş deputatın evi qarət olundu

15 Noyabr 2019 23:41 (UTC+04:00)

Ermənistan parlamentinin keçmiş deputatı Karen Karapetyanın evi qarət olunub.

Bu barədə Ermənistan İstintaq Komitəsinin Lori İdarəsindən bildirilib.

Məlumata görə, evdən “Churchill”, “Tiqr” və “Sayqa” markalı ov tüfəngləri oğurlanıb.

Bildirilib ki, Karen Karapetyan Rusiya vətəndaşı, milyarder, “Taşir” şirkətinin sahibi Samvel Karapetyanın qardaşıdır.(report.az)

AzNews.az