İraqın paytaxtı Bağdadda nümayişlərin davam etdiyi Təhrir meydanında növbəti terror aktı olub.
“Anadolu” xəbər verir ki, ilkin açıqlamalara görə, bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
İraq təhlükəsizlik mənbələrindən verilən xəbərdə bildirilib ki, bomba Təhrir meydanı yaxınlığında parkda yerləşdirilib.
Partlayış paytaxtın bir çox nöqtələrində eşidilib.