Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi

16 Noyabr 2019 11:04 (UTC+04:00)

Gəncədə qətl hadisəsi törədilib.

Hadisə şəhərin Cavadbəy Şıxlinski küçəsi 26, ev 1, mənzil 3-də baş verib.

Həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Y. Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

M.Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

AzNews.az