Türkiyədə əl-Bağdadinin 25 qohumu tutuldu

16 Noyabr 2019 17:04 (UTC+04:00)

Türkiyə hakimiyyəti terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, onlardan 11-i Kırşehr, 5-i Samsun, 3-ü Ordu və 6-sı Şanlıurfada tutulub. Onlardan 4-ü terrorçu təşkilatda fəaliyyət göstərməkdə ittiham olunaraq həbs edilib.

Məlumata görə, Bağdadinin 21 qohumu, o cümlədən 2 uşaq Türkiyədən deportasiya olunacaq.(report.az)

AzNews.az