Zurabişvili: “Gürcü və Azərbaycan xalqlarını sıx dostluq birləşdirir”

16 Noyabr 2019 17:57 (UTC+04:00)

“Gürcülər və azərbaycanlıların müxtəlif dinlərə məxsus xalqlar olmasına baxmayaraq, hər iki xalqı sıx dosluq birləşdirir”.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi ilə bağlı ünvanladığı təbrik məktubunda bildirilib.

Dövlət başçısı məktubunda A.Paşazadənin Azərbaycanda dinin möhkəmləndirilməsindəki xüsusi rolunu qeyd edib: “Mən hər zaman Sizin və Gürcüstan patriarxının ölkələr arasındakı münasibətlərin dəstəklənməsi və möhkəmləndiririlməsindəki şəxsi rolunuzu görürəm. İnanıram ki, bu dostluq hər zaman davam edəcək. Bu münasibətləri qoruyub saxlamaqla biz regionda həyatı əhəmiyyət kəsb edən sülhü möhkəmləndirə bilərik”.(report.az)

AzNews.az