Gənc qadın və övladı dəm qazından zəhərləndi

16 Noyabr 2019 20:03 (UTC+04:00)

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Tahirova Günaz Ələkbər qızı və onun övladı, 2010-cu il təvəllüdlü Tahirov Rəsul Hüseyn oğlu yaşadığı evin vanna otağında dəm qazından zəhərləniblər. Ana və övladı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanada zərərçəkmişlərə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az