Yolu keçən piyada qəzanın qurbanı oldu

16 Noyabr 2019 21:16 (UTC+04:00)

Bakının Səbail rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb.

Belə ki, adı və soyadı hələki bilinməyən təxminən 60-65 yaşlarında olan şəxs yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı hadisə yerində keçinib.(report.az)

AzNews.az