Fransada “sarı jiletlilər”in aksiyasında 105 etirazçı saxlanıldı

16 Noyabr 2019 23:25 (UTC+04:00)

Parisdə “sarı gödəkçələr”in etiraz aksiyaları zamanı saxlanılanların sayı 105-ə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb. Bundan əvvəl 61 nəfərin saxlanıldığı deyilirdi.

Bu gün Fransa paytaxtında “sarı gödəkçələr” hərəkatının ilk ildönümünə təsadüf edən bir neçə aksiya keçirilib.

Onların iştirakçıları ilə polis arasında toqquşma olub və gözyaşardıcı qazdan istifadə edilib.

“RİA Novosti”nin müxbirinin verdiyi məlumata görə, gün ərzində etirazçılar İtaliya meydanında inşaat hasarlarından, lövhələrdən və elektrik skuterlərindən barrikadalar qurublar və daha sonra onları yandırıblar.(apa.az)

AzNews.az