İranda benzinin bahalaşması fonunda etiraz aksiyaları keçirilib

17 Noyabr 2019 03:22 (UTC+04:00)

İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub.

Tehranla yanaşı, İsfahan və Şiraz şəhərlərində də etiraz aksiyaları keçirilib.

Yerli mətbuatın məlumatına görə, aksiyalar zamanı insident baş verməyib. Polis təhlükəsizliyi təmin edib. Axşam saatlarında aksiya iştirakçıları dağılışıb.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub. (apa)