Belçikada miqrant yoldan keçənlərə hücum edib

17 Noyabr 2019 09:19 (UTC+04:00)

Belçikanın Kortreyk şəhərinin mərkəzində Qana vətəndaşı tərəfindən hücum törədiləndən sonra üç əcnəbi vətəndaş yaralanıb.

Cinayətkar çubuqla keçən insanlara hücum edib.

Qərbi Flandriya prokurorluğundan bildiriblər ki, xəsarət alanlardan ikisi ağır yaralanıb.

Hücum edən şəxs polis tərəfindən tutulub, o, qanuni olaraq Belçikada yaşayan Qana əsilli şəxs olub. Zərərçəkənlərin də xarici vətəndaş olduğu barədə məlumat verilib, lakin onların vətəndaşlığı dəqiqləşdirilmir. (trend)

AzNews.az