Gülər Əhmədovadan mətbuata qadağa - Özəl

21 May 2013 09:53 (UTC+04:00)


Adı ABU-nun rektoru Elşad Abdullayevlə videoqalmaqalda hallandırılan keçmiş millət vəkili Gülər Əhmədova mətbuata qadağa qoyub. O, vəkillərinə mətbuata açıqlama verməməyi, sualları cavablandırmamağı tapşırıb.
G. Əhmədovanın mətbuata qadağasına səbəb son günlər barəsində yazılan məlumatlar olub. Belə ki, mətbuat orqanlarında G. Əhmədovanın psixologiyasında dəyişikliyin olduğu, hətta onun dəli olma ehtimalı, sabiq millət vəkilini həbsdən azad etmək üçün ona dəlilik kağızı alınacağı kimi xəbərlər yayılırdı. Bu xəbərlərdən sonra G. Əhmədova vəkillərinə mətbuatla əlaqələri ilə bağlı göstərişlər verib.
Sabiq millət vəkilinin qadağasını onun vəkili də təqsdiqləyib.
G. Əhmədovanın vəkili Raqif Mustafayev AzNews.a-z bildirib ki, müdafiə etdiyi şəxs barəsində yazılanlardan olduqca narahatdır və mətbuata açıqlama verilməsini istəmir: "G. Əhmədova bu tələbi digər vəkili Əfsər Talıbova da deyib".

Xatirə
AzNews.az