Aqşin Yeniseyin səhhətindən xəbər var

17 Noyabr 2019 12:40 (UTC+04:00)

Tanınmış şair, yazıçı, publisist Aqşin Yeniseyin səhhətindən xəbər var.

Şairin özünün sosial şəbəkədə etdiyi paylaşıma əsasən, onun vəziyyəti normallaşıb:

“Endoskopiya müayinədən üzüağ çıxdıq, dostları narahat etdiyim üçün üzr istəyirəm! Yaşamağa davam!”.

Xatırladaq ki, Aqşin Yenisey dünən mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

AzNews.az