ABŞ-da, YouTube-da “Youg Turks” ("Gənc Türklər") xəbər proqramının aparıcısı Cenk Uyğur 2020-ci ildə Konqres seçkiləri üçün namizədliyini irəli sürüb.
5 milyon izləyicisi olan 49 yaşlı telejurnalist seksual qalmaqaldan sonra Kaliforniyada istefa vermiş demokrat Kəti Hillin yerinə seçilmək əzmindədir.
8 yaşında valideynləri ilə ABŞ-a mühacirət edən C.Uyğur Kolumbiya Universitetinin Hüquq Məktəbini bitirib.
2020 seçkiləri üçün ikinci türk namizəd 37 yaşlı Alp Başarandır. Nyu-Cersidə seçilməyə hazırlaşan Başaran da demokratları təmsil edir.
O, 4 yaşında olarkən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Vanderbilt Universitetində tarix, psixologiya və iqtisad elmlərini öyrənib. (reyting.az)
AzNews.az