Bakıda yolu keçmək istəyən qadını maşın vurdu

17 Noyabr 2019 20:37 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsində bir nəfər yaralanıb.

Hadisə Xocasən qəsəbəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Məmmədova Gülbadam Burxan qızını vuraraq xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

AzNews.az