Yerə asteroid yaxınlaşır

21 May 2013 10:17 (UTC+04:00)


İyunun 1-də həmin asteroid Yerdən 5,8 milyon km məsafədən keçəcək.

Məsələyə münasibət bildirmək üçün Day.Az saytının əməkdaşı Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, yaxınlaşan 1998 QE2 asteroidi Yer üçün heç bir təhlükə törətmir.

"Asteroid mayın 31-dən iyunun 1-ə keçən gecə Yerdən 5,8 milyon km aralıdan keçəcək. Radioteleskoplar vasitəsi ilə asteroid müşahidə olunacaq. Mənim hesablamalarıma görə, həmin asteroid saniyədə 1000 km yol qət edir. Yerdə onu adi gözlə görmək mümkün olmayacaq", - o əlavə edib. (milli.az)

AzNews.az