Ukraynada silah-sursat anbarı partladı - 3 hərbçi həlak oldu

18 Noyabr 2019 09:11 (UTC+04:00)

Ukraynanın Xarkov vilayətinin Balakleysk rayonunda silah-sursat anbarında baş verən partlayış nəticəsində 3 hərbçi həlak olub.

Bu barədə Ukrayna Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, partlayış zamanı xəstəxanaya yerləşdirilən daha 4 hərbçisinin vəziyyəti ağırdır.

Baş verən partlayışla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az