Bakıda iş axtaran qıza biabırçı təklif: "WhatsApp" mesajını paylaşdı - FOTOFAKT

18 Noyabr 2019 10:22 (UTC+04:00)

Elan saytında iş axtaran qadının başına iş gəlib.

AzNews.az xəbər verir ki, Bakıda bir şirkətin yerləşdirdiyi elandakı nömrəyə mesaj yazan gənc qız əxlaqsız təkliflə üzləşib.

Özünü şirkətin rəhbəri kimi təqdim edən şəxs qadınla katibə işinin yerinə yetirməli olduğu vəzifələri izah edib. Bir qədər sonra yazışma təhqiramiz formaya keçib. Belə ki, müdir qadına katibə işləyəcəyi təqdirdə onunla intim münasibətdə olacaqlarını da əlavə edib.

Onların "WhatsApp" yazışmalarının görüntüləri sosial mediada yayılıb.

Yazışmaları sizə təqdim edirik:

Aynur

AzNews.az