26 yaşlı gəncin üzündən çıxan şiş həkimi heyrətə gətirdi - FOTO

18 Noyabr 2019 11:13 (UTC+04:00)

Səhiyyə Nazirliyi 26 yaşlı gəncin səhhətinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, damar malformasiyası olan 26 yaşlı pasiyent Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Şiş xəstədə doğuşdan yaransa da son illərdə getdikçə böyüyüb. Cərrah, prof. Ahmet Memiş tərəfindən edilən Rəngli Doppler USM, MRT və angioqrafiya müayinələri sonrası “doğuşdan anormal qan-damar yumağı törəməsi olan Arteriovenoz malformasiya” diaqnozu qoyulub.

Prof. Ahmet Memiş tərəfindən bud arteriyasından girilərək angioqrafiya – qan damarların rentgenoloji müayinəsi sayəsində malformasiyanın qidalandırıcı arteriyaları embolizasiya üsulu ilə bağlanıldı və “qansızlaşdırma” təmin edildi. Növbəti gündə cərrah Ruslan Rəhimov tərəfindən malformasiya qansız əməliyyatla tam olaraq xaric edildi.

Bahar RÜSTƏMLİ

AzNews.az