Qanunsuz ov etmək istəyən şəxs saxlanıldı

18 Noyabr 2019 12:38 (UTC+04:00)

Qanunsuz ov etmək istəyən 45 yaşlı kişi saxlanılıb.

Yevlax rayon sakini 1974-cü il təvəllüdlü Fəqan Əhmədov Şirvan su kanalında ov edərkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan iki ədəd qoşalülə tüfəng və 24 ədəd patron aşkar edilərək götürülüb.

AzNews.az