Suriyada hərəkat yenidən başlayacaq - Türkiyədən xəbərdarlıq

18 Noyabr 2019 21:47 (UTC+04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-və Rusiyaya xəbərdarlıq edib.

“Hürriyet”in məlumatına görə, nazir Suriyanın şimal-şərqində “Sülh çeşməsi hərəkatı”nın dayandırılması üçün ölkələr arasında qəbul edilmiş memorandumun şərtlərinə əməl olunmadığını bildirib:

“ABŞ və Rusiya memorandum öhdəliklərini yerinə yetirmədi. Əgər həmin ərazilər terrorçulardan təmizlənməsə, hərəkata başlayacağıq. Nəticə olmasa, yenə lazımi addımı atacağıq”.(qafqazinfo.az)

AzNews.az