Gəncədə kişi arvadını döydü, özünü isə...

18 Noyabr 2019 22:00 (UTC+04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

1989-cu il təvəllüdlü Orucova Azadə İlyas qızı müxtəlif bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının yaxınlarının sözlərinə görə, A.Orucovanı həyat yoldaşı möhkəm döyüb. Bundan sonra kişi özünə də xəsarət yetirib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.(apa.az)

AzNews.az