29 yaşlı gənc belindən bıçaqlandı

18 Noyabr 2019 22:25 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, 1-ci Mədən deyilən ərazidə qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Kərimov Mürvət naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb.

Ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.(report.az)

AzNews.az