İraqda olan 30 rusiyalı uşaq Moskvaya gətirildi

18 Noyabr 2019 22:37 (UTC+04:00)

İraqda valideynləri İŞİD terror qruplaşmasına qoşulan 32 rusiyalı uşaq xüsusi reyslə Moskva şəhərinə gətirilib.

RİA “Novosti” xəbər verir ki, uşaqların olduğu təyyarə “Jukovski” hava limanına enib.

Uşaqlar Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Mərkəzinə aparılacaq və orada müayinədən keçəcəklər.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayından etibarən bu günə qədər 100-ə yaxın rusiyalı uşaq İraqdan Rusiyaya gətirilib.(report.az)

AzNews.az