Gürcüstanda müxalifət lideri azadlığa buraxıldı

18 Noyabr 2019 23:28 (UTC+04:00)

Gürcüstanın müxalif “Girçi” partiyasının liderlərindən Zurab Caparidze azadlığa buraxılıb.

Müxalifət lideri bu gün parlament binası önündə polislə qarşıdurma zamanı saxlanılmışdı.

Qeyd edək ki, hazırda Tbilisidə Rustaveli prospektində parlament binasının giriş-çıxışı daxil olmaqla bütün yollar açıqdır. Polislə aksiyaçılar arasında toqquşma davam edir.(qafqazinfo.az)

AzNews.az