Yolu keçən piyada qəzanın qurbanı oldu

18 Noyabr 2019 23:50 (UTC+04:00)

Saatlıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saatlı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında "Mercedes" markalı avtomobil yolu keçən kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.(apa.az)

AzNews.az