"Facebook" və "İnstagram"ın işində nasazlıqlar yarandı

19 Noyabr 2019 09:15 (UTC+04:00)

"Facebook" və "İnstagram" sosial şəbəkələrinin bütün dünya üzrə istifadəçiləri onların işindən problemlərlə üzləşiblər.

Bu barədə "Downdetector" xidmətinin səhifəsində bildirilib.

Məlumata əsasən, Facebook Messenger tətbiqinin işində də nasazlıqlar müşahidə olunub. Daha çox ABŞ, İngiltərə, Polşa, Portuqaliya, Braziliya istifadəçiləri şikayət ediblər. (Trend)

AzNews.az