Lənkəran Teatrı Bakıda səfərdədir

19 Noyabr 2019 10:03 (UTC+04:00)

Lənkəran Dövlət Dram Teatrının aktyorları Bakıda səfərdədir.

AzNews.az xəbər verir ki, noyabrın 22-dən 30-dək Bakının teatrlarında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş “Cəfər Cabbarlı həftəsi” keçiriləcək. Lənkəran teatrının aktyorları noyabrın 27-də Akademik Rus Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edəcəklər.

Əsərin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlardan Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirlər.

Bahar RÜSTƏMLİ

AzNews.az