Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı

19 Noyabr 2019 11:35 (UTC+04:00)

Türkiyənin Dənizli şəhərində əxlaqsızlıq yuvası aşkarlanıb.

İHA-ya istinadən xəbər verilir ki, polisin keçirdiyi əməliyyat zamanı 17 əcnəbi qadın saxlanılıb.

Qadınlar ilk öncə tibbi müayinədən keçirilib və barələrində araşdırmalar aparılıb.

İki qadına 290 lirə (86 AZN) pul cəriməsi yazılıb.

Qadınların bəziləri ölkələrinə deportasiya edilib.

Qeyd edək ki, saxlanılanlar arasında ruslar, gürcülər və azərbaycanlılar da var. (BAKU.WS)

AzNews.az