"Avropa" peykində su buxarı aşkarlanıb - VİDEO

19 Noyabr 2019 12:17 (UTC+04:00)

NASA-nın “Qoddard” adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiterin peyki olan “Avropa”nın səthində böyük miqdarda su buxarının olduğunu təsdiqləyiblər.

Bu barədə “Science Alert” yazır.

Astronomlar Keka (Havay) rəsədxanasının səmavi cisimlərin atmosferinin kimyəvi tərkibini müəyyən etmək üçün nəzərdə tutulan spektroqrafdan istifadə edərək apardığı 17 müşahidənin nəticəsini təhlil ediblər.

Tədqiqatçılar qənaətə gəliblər ki, su buxarı əvvəllər düşünüldüyü kimi aktiv şəkildə deyil, ayrı-ayrı intensiv püskürmələr şəklində hasil olur.

Hazırda “Avropada” maye suyun olduğu hələ sübut olunmayıb. Lakin onun səthindən cəmi bir neçə saniyə ərzində Olimpiya stadionunu doldura bilən su buxarı hasil olur.

NASA-nın qarşıdan gələn “Europa Clipper” missiyası 2023-cü ildə buzlu peykin səthini detallı şəkildə öyrənməyə imkan verəcək.

“Avropa”nın buz örtüyünü tətqiq etmək üçün kamera, spektometr və radarlarla təchiz olunmuş kosmik apparat onun ətrafında 45 dövrə vuracaq.