Milli Məclisin növbəti plenar iclası başladı

19 Noyabr 2019 12:25 (UTC+04:00)

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.

Spiker Oqtay Əsədov iclasın gündəliyinə 21 məsələnin daxil olduğunu bildirdi.

Gündəliyə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) və s. məsələlər daxildir.

İclas davam edir.

AzNews.az