17 yaşlı qadını zorladı, videoya çəkdi: şok WhatsApp yazışmaları - Görüntülər

19 Noyabr 2019 12:34 (UTC+04:00)

Türkiyənin Adana şəhərində yaşayan 17 yaşlı G.Y anasının rəfiqəsinin əri tərəfindən təcavüzə məruz qalıb.

AzNews.az xəbər verir ki, çox keçmədən gənc qız çəkilmiş görüntülərlə şantaj olunaraq başqa kişilərlə intim əlaqəyə məcbur edilib. Belə ki, evlərinə tez-tez qonaq gələn anasının 29 yaşlı rəfiqəsi B.A.Ç. bir gün G.Y.ni evlərinə qonaq çağırıb. Qızın içdiyi qəhvəyə yuxu dərmanı atıb. Daha sonra əri 17 yaşlı qıza təcavüz edib.

Qeyd edək ki, bu zamanlarda isə G.Y.nin həyat yoldaşı işlədiyi cinayətdən dolayı həbsxanada olub. Onu şantaj edən ər və arvad da G.Y.ni görüntüləri həbsxanaya göndərəcəkləri ilə hədələyiblər. O da məcburiyyət qarşısında bir neçə kişi ilə intim əlaqədə olub. Lakin bunun sonunun olmadığını görən 17 yaşlı qadın olanları ərinə danışıb. Əri də ona polisə müraciət etməsini söyləyib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Gənc qadın ona təcavüz edən şəxslə Whatsapp yazışmalarını mediaya təqdim edib.

Onları sizə təqdim edirik:

Aynur

AzNews.az