Avtomobil şəhərin ortasında qaynar suya batdı: Ölənlər var - VİDEO

19 Noyabr 2019 13:23 (UTC+04:00)

Rusiyanın Penza şəhərində avtomobil “yerə batıb”.

Hadisə baş verən ərazidə yerin altında istilik şəbəkəsi olub.

Asfaltın altında qaynar suya düşən avtomobili qaldırıcı kranın köməyilə çuxurdan çıxarıblar.

Ren TV-nin məlumatına görə, faciə nəticəsində iki nəfər həyatını itirib.

Hadisənin təfərrüatı araşdırılır. (oxu.az)

AzNews.az