“Azəri Yurdu” Gənclər İctimai birliyi bu layihənin icrasını uğurla başa vurdu - FOTOLAR

19 Noyabr 2019 16:06 (UTC+04:00)

“Azəri Yurdu” Gənclər İctimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 12-ci qrant müsabiqəsi çərçivəsində “Sosial media və gənclər: yeni imkanlar və maneələr” adlı layihəsinin icrasını uğurla başa vurub.

Layihə çərçivəsində 21 oktyabr – 5 noyabr, 2019-cu il tarixində Bakı, Gəncə, Yevlax, Sumqayıt və Lənkəran şəhərlərində gənclərə sosial media, kommunikasiya sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə seminarlar təşkil olunub.

Layihə davamlı inkişafı naminə informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqində gənclərin iştirakını təbliğ etmək məqsədi daşıyırdı. Bundan əlavə layihənin əsas vəzifəsi müasir informasiya texnologiyaları sahəsində gənclərin biliklərinin artırılması, sosial media və internet vasitəsilə öz təşəbbüslərini və ideyalarının gerçəkləşdirməsi, yeni tendensiyaları öyrənilməsi olub.

Layihə çərçivəsində keçirilən seminar və təlim proqramlarında sosial medianın gənclərə müsbət və mənfi təsirləri öyrədilib, habelə sosial medianın imkanlarından istifadə etməklə gənclərin yeni peşə biliklərinin əldə olunması və onların sosial media vasitəsilə gəlir əldə edərək məşğulluğunu təmin etmək imkanları haqqında ətraflı məlumat verilib. Təcrübəli təlimçilər tərəfindən keçirilən seminarlarda gənclər hemçinin yeni media texnologiyalarının istifadəsi sahəsində yeni bilik və bacarıqlar əldə edib.

Qeyd olunduğu kimi, layihə çərçivəsində ilk 2 günlük seminar 21-22 oktyabr tarixində Yevlax şəhərində yerləşən Heydər Əliyev Sarayında, 23-24 oktyabrda Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetdə, 29-30 oktyabrda Sumqayıt şəhərində yerləşən Sumqayıt Musiqi Kolleci və Sumqayıt Dövlət Texniki Kollecində, 4-5 noyabr Lənkəran şəhər Gənclər Evində və son olaraq 31 oktyabr – 1 noyabr tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilmişdir. Hər seminarda 50-dən çox gənc iştirak edib. Ümumilikdə sözügedən layihə 500-dən çox gənci əhatə edib.

Layihə müddətində mövzu üzrə biliklərin daha geniş kütləyə çatdırılması üçün 1000-dən çox buklet və broşurlar paylanılıb.

AzNews.az