Oqtay Gülaliyev İstanbulda başqa xəstəxanaya köçürüldü

19 Noyabr 2019 16:15 (UTC+04:00)

Hüquq müdafiəçisi Oqtay Gülaliyev İstanbul şəhərində başqa xəstəxanaya köçürülüb.

AzNews.az xəbər verir ki, bu barədə Oqtay Gülaliyevin oğlu Təbriz Gülalıyev deyib. Onun sözlərinə görə, bu dəqiqələrdə Oqtay Gülalıyev İstanbuldakı “Amerika Xəstəxanası”na köçürülüb:

“Atamı “Amerika Xəstəxanası”na köçürdük. Həkimlər onun köçürülməsində heç bir təhlükə olmadığını dedilər”.

Qeyd edək ki, hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev müalicə üçün Türkiyəyə aparılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az