Azərbaycanda nikah və boşanmaların sayı açıqlandı

19 Noyabr 2019 18:56 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46898 nikah və 12713 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

AzNews.az