İngiltərə şahzadəsi moda sektoruna qoşulacaq

19 Noyabr 2019 20:35 (UTC+04:00)

İngiltərə şahzadəsi Çarlz geyim kolleksiyası yaradır.

Şahzadənın çıxartmağa hazırlaşdığı geyim kolleksiyası həm xanımlara, həm də kişilərə xitab edəcək.

Çarlz layihəni krallığın xeyriyyə təşkilatlarından biri olan Şahzadə Fondu və “Yoox Net-a-Porter” ilə birgə işbirliyi nəticəsində həyata keçirəcək.

Kolleksiyanın adı “Müasir sənətkar” olacaq.

“Yoox Net-a-Porter”in baş direktoru Federiko Marchetti kolleksiyasının İtaliyada dizayn ediləcəyini, amma İngiltərədə istehsal olunacağını açıqlayıb.

Kolleksiyadan əldə olunacaq bütün gəlir Şahzadə Vəqfinə veriləcək.(oxu.az)

AzNews.az