PKK Suriyada məktəbi bombaladı - Ölənlər var

19 Noyabr 2019 21:23 (UTC+04:00)

PKK/YPG terror təşkilatı Suriyanın Tel Abyad yaşayış məntəqəsinin Curn kəndində məktəbi minaatanlarla atəşə tutub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Atəş nəticəsində 3 nəfər ölüb, uşaqlarla birlikdə 8 nəfər yaralanıb.(qafqazinfo.az)

AzNews.az