Çində nəhəng külək generatoru hazırlandı

19 Noyabr 2019 21:48 (UTC+04:00)

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək generatoru hazırlanıb.

"H210-10MW" dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Bu nəhəng generator Çinin "Haizhuang Windpower" şirkəti tərəfindən hazırlanıb və yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

"Haizhuang Windpower" şirkətinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun direktoru Han Huali məlumat verib ki, hər bir "H210-10MW" aqreqatı hər il təxminən 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir. Bu isə ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.(trend.az)

AzNews.az