Təhsil naziri bu şəxsə vəzifə verdi

20 Noyabr 2019 12:02 (UTC+04:00)

Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, professor Əfqan Abdullayev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ə.Abdullayev bu vəzifəyə qədər Azərbaycan Dillər Universitetinin prorektoru olub. Onun yerinə sabiq Baş nazir Novruz Məmmədov təyin edilib.

AzNews.az