"Traktor"un oyunu ləğv olundu - etiraz aksiyaları hələ səngiməyib

20 Noyabr 2019 12:48 (UTC+04:00)

Ötən günlərdə benzinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başlayan kütləvi etiraz aksiyaları hələ də səngiməyib.

İran hakimiyyəti nümayişlərin qarşısını almaq üçün tədbirlər görməyə davam edir.

Məlumata görə, tədbirlər planı çərçivəsində Güney Azərbaycanın “Traktor-Azərbaycan” futbol klubunun iki gün sonra Təbrizdə keçirəcəyi görüş ləğv olunub. Bu barədə İran Futbol Federasiyası qərar verib.

“Traktor”-“Şəhri Xodro” görüşünün hansı tarixdə keçiriləcəyi bildirilməyib.

Federasiyadan görüşün ləğv edilməsi qərarı oyunun baş tutması üçün uyğun şəraitin olmaması ilə izah edilib. (Teleqraf.com)

AzNews.az