Oqtay Gülalıyevin beynində olan qan laxtası götürülüb

20 Noyabr 2019 13:20 (UTC+04:00)

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin üzərində aparılan ikinci əməliyyat başa çatıb.

AzNews.az xəbər verir ki, bu barədə xəstənin yaxınları məlumat verib.

Əməliyyat zamanı həkimlər onun beynində olan qan laxtasını təmizləyiblər.

“Bundan sonra yığılan qan axsın deyə xüsusi tibbi boru qoyulub. Həkimlər xəstənin komadan çıxması üçün müalicənin davam etdiriləcəyini desələr də, hələ ki, ümidverici bir şey yoxdur”, - məlumatda bildirilib.

Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı “Amerika Xəstəxanası”na köçürülüb.

Xatırladaq ki, hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az