Masallı rayonuna yeni icra başçısı təyin edildi

20 Noyabr 2019 13:57 (UTC+04:00)

Prezident İlham Əliyev Rafil İsrafil oğlu Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.