Şuşa Teatrında “Anamın kitabı”na baxacaqlar

20 Noyabr 2019 15:01 (UTC+04:00)

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni bir tamaşanın premyerasına hazırlaşır.

AzNews.az xəbər verir ki, teatr Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar “Anamın kitabı” əsərini tamaşaya hazırlayıb.

Tamaşanın premyerası noyabrın 22–də və 23–də teatrın binasında olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Xalq artisti Şükufə Musayeva, aktyorlardan Xanirə İsgəndərova, Mir Qabil Əkbərov, Nihad Heybətov, Türkay Cəfərli, Dürdanə Dünyamalıyeva, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Gündüz Qasımov, Aybəniz Cahangirova, Zahid Mehdiyev və Asif Əhədov ifa edirlər.

Bahar RÜSTƏMLİ

AzNews.az