Tanınmış jurnalistin adına saxta profil açıldı

20 Noyabr 2019 15:15 (UTC+04:00)

“Libraff” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlunun adından İnstagramda saxta profil açılıb.

C.Nəzəroğlu bu barədə Facebook səhifəsində məlumat yayıb.

O bildirib ki, həmin şəxs İnstagramda onun ailəsinin şəkillərini paylaşaraq, ismarış bölümündə insanlarla gərəksiz yazışmalar edib.

C.Nəzəroğlu izləyicilərini saxta məlumatlara inanmamağa çağırıb və sosial şəbəkə istifadəçilərindən saxta “Natiqizi” adlı profili şikayət etməyi xahiş edib.

AzNews.az