Yunanıstanda qaçqın düşərgələri ləğv edilir

20 Noyabr 2019 18:18 (UTC+04:00)

Yunanıstan hökuməti Lesbos, Samos, Hios adalarında yerləşən üç ən böyük qaçqın düşərgəsini bağlamaq qərarına gəlib.

DW xəbər verir ki, hökumət sözçüsü mətbuat konfransı zamanı həmin düşərgələr əvəzinə göndəriş və tanınma mərkəzləri yaradacaqlarını açıqlayıb. Yeni mərkəzlərdə sığınacaq ala bilməyib vətəninə qaytarılacaq miqrantların yerləşdiriləcəyi bildirilir.

DPA xəbər verir ki, sığınacaq almaq ehtimalı olan miqrantlar ölkənin qitə hissəsinə göndəriləcək.

Qeyd edək ki, Avropa İttifaqında qüvvədə olan Dublin sazişinə əsasən, sığınacaq ərizəsi sahibinin ilk daxil olduğu ölkənin hökuməti tərəfindən araşdırılmalıdır.(report.az)

AzNews.az