Putin: “Düşünürəm ki, Zelenski gözəl insandır”

20 Noyabr 2019 18:43 (UTC+04:00)

“Mənim Vladimir Zelenski ilə münasibətim necədir? Heç biri! Mən onu heç görməmişəm!”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” investisiya forumunda jurnalistlərdən birinin sualını cavablandırarkən deyib.

“Düşünürəm ki, o gözəl insandır. Fikrimcə, o, həqiqətən Donbassda da vəziyyəti yaxşıya doğru dəyişmək istəyir”, -deyə Putin sözlərinə əlavə edib.(qafqazinfo.az)

AzNews.az